"Neftçi"nin futbolçusu: "Getmək istəyirəm"

"Neftçi"nin futbolçusu: "Getmək istəyirəm"

"Neftçi"nin futbolçusu Bruno Bertuççi komandadan getmək istəyir. Fanat.az xəbər verir ki, bu barədə braziliyalı oyunçu özü açıqlama verib.

Bertuççi bildirib ki, yenidən vətənində oynamaq istəyir: "Braziliyaya qayıtmaq istəyirəm. Bunun nə vaxt baş verəcəyini bilmirəm. Amma bir gün mütləq olacaq".

Qeyd edək ki, "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov Bertuççiyə təkliflərin olduğunu bildirib. Vitse-prezident futbolçunu satmağa hazır olduqlarını da deyib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər