"Neftçi"nin futbolçusu: "Biz bunu bacaracağıq"

"Neftçi"nin futbolçusu: "Biz bunu bacaracağıq"
"Neftçi"də gənc futbolçulara hər zaman şans verilib. Bu səbəbdən də əsas komandaya çağırılacağıma inanırdım. Hətta çalışırdım ki, buna mümkün qədər tez nail olum". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov deyib.
Komandanın əsas heyətinə cəlb olunan futbolçu fikirlərini bildirib: "Fikrimcə, bu hələ ilk addımdı. Əgər məşqçilərin diqqətini cəlb edə bilsək, bizim əsas komandada qalmaq şansımız var. Elə əvvəlki illərdə də əvəzedici heyətdən bir neçə futbolçu əsas komandaya cəlb olunub orada möhkəmlənmişdi. İnanıram ki, biz də bunu bacaracağıq. İstəyirəm ki, mən də onlar kimi “Neftçi”nin heyətində Azərbaycan çempionu və avrokubokların qrup mərhələsində çıxış edim".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər