"İnter" - "Neftçi" oyunundan sonrakı insidentlə bağlı məlumat vermişdik. Bank klubu bir az öncə rəsmi saytı ilə bəyanat yayıb. Bəyanatı olduğu kimi təqdim edirik:
"İnter" Peşəkar İdman Klubunun rəhbərliyi Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən "İnter" - "Neftçi" oyunundan sonra yaşananları pisləyir. Bundan başqa, klub rəhbərliyi "Neftçi"nin rəsmi nümayəndələrinin "İnter"in prezidenti Georgi Nikolovun ünvanına səsləndirdiyi əsassız və etikadankənar fikirlərini pisləyir və belə ifadələrin işlədilməsini yolverilməz hesab edir.
Oyundan sonra dəhlizdə qonaq komandanın 3 nömrəli futbolçusu Denis Silva "İnter"in oyunçusu David Meza Kolliyə qarşı fiziki güc tədbiq edib və hadisənin böyüməsinin qarşısının alınmasında iddia edildiyi kimi, klubun hər hansı mühafizə xidmətinin əməkdaşının iştirak etmədiyini nəzərə çatdırırıq. Hadisə oyunun protokolunda qeyd edilib. "İnter" meydanda əzmkar qələbə qazanıb və rəqibi reallığı qəbul etməyə səsləyirik.
Fanat.az