"Neftçi"də şok: neçə həftə oynamayacaq?

"Neftçi"də şok: neçə həftə oynamayacaq?
"Neftçi" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, komandanın əsas müdafiəçilərindən olan zədələnib.
"Qarabağ"la oyunda meydana iynə hesabına çıxan braziliyalı ilk hissədə yenidən ağrılar hiss etmiş və fasilədə Tərlan Quliyev tərəfindən əvəzlənmişdi. Matçdan sonra müayinədən keçən Bertuççinin üç həftə yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib. O, ilin son iki oyununda - “Qəbələ” və AZAL-la matçlarda "Neftçi"yə kömək edə bilməyəcək.
Klub rəhbərliyinin icazəsi ilə vətəninə yollanan Bruno Braziliyada müalicə olunacaq və ölkəmizə qış fasiləsi zamanı dönəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər