"Neftçi"də 4-ü getdi, 2-si qayıtdı

"Neftçi"də 4-ü getdi, 2-si qayıtdı
"Neftçi" "Bakı" ilə oyuna tam heyətlə çıxmayacaq. Fanat.az xəbər verir ki, Böyükağa Hacıyev 4 futbolçunun xidmətindən yararlana bilməyəcək. 
Belə ki, "Xəzər Lənkəran"la oyunda qırmızı vərəqə alan Bruno Bertuççi, Tərlan Quliyev və Karlos Kardoso oyunu buraxmalı olacaq. Onlarla yanaşı, 23-cü dəqiqədə sistematik qayda pozuntusuna görə sarı vərəqə alan Erik Ramos da cəzalı duruma düşüb.
Əvəzində Ruslan Qurbanovla Elvin Yunuszadənin cəzası başa çatıb. Onlar paytaxt derbisində oynaya biləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər