“Neftçi” və “Bakı”nın sabiq üzvü Vadim Brets baş məşqçi təyin edilib. Fanat.az xəbər verir ki, Moldova Futbol Federasiyasının İcraiyyə Komitəsinin iclasında yığmaların çalışdırıcıları ilə bağlı qərar verilib.
Borets Moldovanın U-16 və U-17 yığmalarının baş məşqçisi kimi təsdiqlənib. 37 yaşlı futbol veteranı undan sonra 2 yığmada çalışacaq.
Qeyd edək ki, 2005-2008-ci illərdə "Neftçi"də (63 oyun, 7 qol), 2008-2012-ci illərdə "Bakı"da (77 oyun, 1 qol) çıxış edib. Moldova yığmasının futbolçusu "Neftçi"nin heyətində Çempionlar Liqasının “Anderlext”lə oyununda qələbə qolunu (1:0) vurmuşdu. 2008-ci ildə “ağ-qaralar”ı “Bakı”ya dəyişən yarımmüdafiəçi karyerasını bitirənədək oynadığı komandada Azərbaycan çempionu (2008/09) adını qazanıb və 2 dəfə kubokun (2009/10, 2011/12) sevincini yaşayıb.
Fanat.az