"Neftçi" üçün ilk dəfə

"Neftçi" üçün ilk dəfə

Topaz Premyer Liqasının ХХЫВ turu Azərbaycanın ən titullu klubu “Neftçi”nin böyük hesablı məğlubiyyəti ilə əlamətdar olub. Fanat.az xəbər verir ki, пaytaxt təmsilçisi öz meydanında “Qarabağ”a 1:4 hesabı ilə yenilib. Bu məğlubiyyət “ağ-qaralar”ın ölkə çempionatları tarixində 3 və ya daha çox top fərqilə uduzduğu 6-cı qarşılaşmadı.

1992-ci ildən ölkə çempionatının daimi iştirakçısı üçün bu dəfəki yenilgi fərqli olub. Belə ki, əvvəlki 5 halda səfərdə azarkeşlərini üzən bakılılar ilk dəfə doğma meydanda ağır məğlubiyyət alıb.

Bundan başqa, indiyədək heç vaxt eyni mövsümdə iki dəfə böyük hesabla uduzmayan “Neftçi” bu dəfə belə uğursuzluq yaşadı. Cəmi 6 ay əvvəl “Bakı” həmşəhərlilərini 3 cavabsız qola üstələmişdi.

“Qarabağ” isə “Neftçi” üzərində 2 böyük hesablı qələbəsi olan 2-ci komanda kimi tarixdə düşdü. Bunadək yalnız paytaxtın eyniadlı təmsilçisi bunu bacarmışdı.

“Neftçi”nin Azərbaycan çempionlarındakı böyük hesablı məğlubiyyətləti

03.07.1992

Xəzər (Sumqayıt) - Neftçi (Bakı)

3:0

20.10.2007

Bakı - Neftçi (Bakı)

5:1

13.05.2011

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

3:0

11.03.2012

Qəbələ - Neftçi (Bakı)

4:1

31.08.2013

Bakı - Neftçi (Bakı)

3:0

28.02.2014

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

1:4

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər