"Neftçi" Türkiyə klubuna rəqib oldu

"Neftçi" Türkiyə klubuna rəqib oldu

"Neftçi"nin qış fasiləsində yoxlama oyunu keçirəcəyi daha bir komanda müəyyənləşib. Fanat.az xəbər verir ki, "ağ-qaralar" "Karabükspor"la qırşılaşacaq.

Artıq Super Liqa klubu Azərbaycan çempionu ilə oynamağa razılaşıb. Hələlik oyunun vaxtı məlum deyil.

Qeyd edək ki, "Neftçi" Antalyada Albaniyanın "Pratizani" klubu ilə yoldaşlıq oyunu keçirəcək. Bu matç yanvarın 15-də baş tutacaq. Baş məşqçi Nazim Süleymanov yetirmələrini 4 oyunda sınamaq istəyir. Toplanışın təşkilatçıları "ağ-qaralar"a Almaniyanın "Karlsrue", Ukraynanın "Çernomorets" və Polşanın "Slensk" klublarını təklif edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər