"Neftçi" son oyunda uduzdu

"Neftçi" son oyunda uduzdu

Antalyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Baş məşqçi Böyükağa Hacıyev yetirmələrini Polşanın "Slensk" klubu ilə oyunda sınayıb.

Oyun Polşa klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Neftçi"nin qoluna 48-ci dəqiqədə Elvin Yunuszadə imza atıb.

Qeyd edək ki, "Neftçi" bundan əvvəl Antalyada Albaniyanın "Partizani" (2:0), Türkiyənin "Fənərbaxça" (0:0), Qazaxıstanın "Tobol" (4:2) və Ukraynanın "Metallurq" (0:0) klubları ilə qarşılaşmışdı.

Yoxlama oyunu

26 yanvar

Neftçi (Azərbaycan) - Slensk (Polşa)

Qol: Elvin Yunuszadə, 48. 

Neftçi: Pavel Doroşev, Məqsəd İsayev, Elvin Yunuszadə, Karlos Kardoso, Bruno Bertuççi, Denis Silva, Rəşad Sadiqov, Araz Abdullayev, Elşən Abdullayev, Mirhüseyn Seyidov, Ernest Nfor.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər