"Neftçi" Rusiyadan kimi alır?

"Neftçi" Rusiyadan kimi alır?
"Neftçi" daha bir transfer edir. Fanat.az xəbər verir ki, bu barədə baş məşqçi Böyükağa Hacıyev məlumat verib.
Çalışdırıcı bildirib ki, yeni futbolçu Rusiyadan gələcək: "Biz Elvin Bədəlov, Samir Məsimovu gətirmişik. Yaxınlarda Krasnoyarsk “Yenisey”indən azərbaycanlı futbolçu da gətirəcəyik". 
Hacıyev gələcək futbolçunun adını açıqlamayıb. Amma "Yenisey"də hazırda Azər Əliyev adlı 1994-cü il təvəllüdlü yarımmüdafiəçi çıxış edir. Ehtimal olunur ki, "Neftçi" məhz bu futbolçunu heyətiqə qatacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər