"Neftçi" "Zenit"dən futbolçu aldı - RƏSMİ

"Neftçi" "Zenit"dən futbolçu aldı - RƏSMİ

"Neftçi" daha bir transfer edib. Fanat.az xəbər verir ki, Bakı klubu 19 yaşadək futbolçulardan ibarət yığma komandamızın və Rusiyanın “Zenit”in üzvü Elvin Bədəlovu heyətinə qatıb.

İki klub arasında arasında aparılan danışıqlar müsbət nəticələnib. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçunun transferi ilə bağlı “Neftçi” və “Zenit” arasında rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, 1995-ci ilin 14 aprelində dünyaya gələn Elvin mərkəz müdafiəçisi mövqeyində çıxış edir. Rusiyanın Sankt-Peterburq şəhərində doğulan 18 yaşlı futbolçu "Zenit"in gənclərdən ibarət komandasının formasını geyindi. "Transfermarkt" saytı ona 25 min dollar qiymət qoyub.

Onu da qeyd edək ki, "Neftçi" bundan əvvəl Moskva "Lokomotiv"indən 19 yaşadək futbolçulardan ibarət millimizin digər üzvü Samir Məsimovu transfer etmişdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər