U-15 liqasında XXIII turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, "Neftçi" bu gün "Sumqayıt"ın qonağı olub.
Sumqayıtda keçirilən oyunda "Neftçi" 1:0 hesablı qələbə qazanıb. Matçın yeganə qoluna Fərid Mahmudov imza atıb.
Qeyd edək ki, "Neftçi"nin U-15 komandasına "Qaradağ Lökbatan"ın sabiq baş məşqçisi Adil Mahmudov başçılıq edir. Onun gəlişindən sonra komanda 9-cu pillədən 2-ci yerə yüksəlib.
Fanat.az