"Neftçi" "Sabah"la kubok matçına 5 itki ilə çıxacaq - AÇIQLAMA

"Neftçi" "Sabah"la kubok matçına 5 itki ilə çıxacaq - AÇIQLAMA

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində "Sabah"ın qonağı olacaq "Neftçi" oyuna ciddi itkilərlə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında "ağ-qaralar"ın sözçüsü Asəf Zenyallı deyib:

"Bassala Sambu cəza səbəbindən "Sabah"a qarşı oynaya bilməyəcək. Rafael Quzzo, Emil Səfərov, Ryanosuke Ohori və Robert Bauer isə zədəli olduqları üçün komandaya kömək edə bilməyəcəklər".

Qeyd edək ki, tərəflərin ilk dueli "qara-çəhrayılar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah" - "Neftçi" matçı 20:00-da start götürəcək. "Bank Respublika Arena"dakı görüşü İnqilab Məmmədov idarə edəcək.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər