"Neftçi" "Sabah"la kubok matçı üçün azarkeşlərə pulsuz avtobuslar ayırdı

"Neftçi" "Sabah"la kubok matçı üçün azarkeşlərə pulsuz avtobuslar ayırdı

Sabah Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində Masazırda "Sabah"ın qonağı olacaq "Neftçi" azarkeşləri üçün ekspres avtobuslar ayırıb.

Fanat.Az xəbər verir ki, klub sosial şəbəkə hesablarında "Neftçi Arena"dan yola düşəcək nəqliyyat vasitələrinin tərəfdarları matçın baş tuatacağı "Bank Respublika Arena"ya çatdıracağını bəyan edib.

Bəyanatı təqdim edirik:

"Sabah” – “Neftçi” oyununda komandamıza tribunadan dəstək olmaq istəyən azarkeşlərimiz üçün ekspres avtobuslar ayrılıb. Gəlin, finala birlikdə adlayaq!"

"Neftçi" "Sabah"la kubok matçı üçün azarkeşlərə pulsuz avtobuslar ayırdı

Qeyd edək ki, tərəflərin birinci görüşü "Sabah"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər