"Neftçi" "Fənərbaxça"ya rəqib oldu

"Neftçi" "Fənərbaxça"ya rəqib oldu
"Neftçi" "Fənərbaxça" ilə yoxlama oyunu keçirəcək. Fanat.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, qarşılaşma yanvarın 17-də keçiriləcək. "Mardan" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.
Türkiyə Super Liqasında ilk dövrənin qalibi olan "Fənərbaxça" yanvarın 7-də hazırlıqlara başlayacaq. Ayın 12-də "Alanyaspor"la qarşılaşacaq "Kanarya" 5 gün sonra "Neftçi"ni sınağa çəkəcək.
Onu da qeyd edək ki, "Neftçi" Antalyada Albaniya "Pratizan"ı və "Aktobe" klubları ilə də üz-üzə gələcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər