Antalyada təlim-məşq toplanışında olan "Neftçi"nin daha bir rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, Azərbaycan çempionu Polşanın "Slensk" klubu ilə üz-üzə gələcək.
Oyun yanvarın 26-da baş tutacaq. Əvvəlcədən "Neftçi"nin həmin gün "Terek"lə üz-üzə gələcəyi deyilirdi.
Qeyd edək ki, "Neftçi" Antalyadakı ilk oyununda Albaniyanın "Partizani" klubunu məğlub edib - 2:0. Yanvarın 18-də "Fənərbaxça" ilə qarşılaşacaq "ağ-qaralar" 4 gün sonra Ukraynanın "Metallurq" (Zaporojye) klubunu sınağa çəkəcək.
Fanat.az