"Neftçi" ilk transferini reallaşdırıb. Fanat.az xəbər verir ki, paytaxt klubu Samir Mənisovu heyətinə qatıb.
Samir Moskva "Lokomotiv"inin gənclərdən ibarət komandasının formasını geyinirdi. U-19 yığmamızın üzvü bir neçə gündü "Neftçi"nin düşərgəsindədi və bu gün Albaniyanın "Partizani" klubu ilə keçirilən oyunda meydana çıxıb. Məsimov 75-ci dəqiqədə komandanın ikinci qoluna imza atıb.
Qeyd edək ki, 1995-ci ilin 25 avqustunda dünyaya gələn Samir hücumçudu. Azərbaycan və Rusiya mvətəndaşlığı daşıyan futbolçu 19 yaşadək futbolçulardan ibarət millimizin üzvüdü. 18 yaşlı Samir cari mövsümdə "Lokomotiv"in gənclərdən ibarət komandasında 15 oyun keçirib.
Fanat.az