"Neftçi" Luis Karlos Ruisi transfer edir. Fanat.az xəbər verir ki, bu barədə kolumbiyalı futbolçu özü açıqlama verib.
Ruis Azərbaycan çempionu ilə uzun ilik müqavilə imzalayacağını bildirib: "Neftçi" mənim yeni komandamdı. Onlarla 4 illik müqavilə imzalayacağam".
Qeyd edək ki, 26 yaşlı forvard karyerasına Kolumbiyanın "Barranquilla" (32 oyun, 18 qol) klubunda başlayıb. 2008-ci ildə "Junior"a keçən Ruis 197 matçda 35 dəfə fərqlənib. "Transfekrmarkt" saytı ona 800 min avro qiymət qoyub.
Fanat.az