"Neftçi"nin baş məşqçisi Nazim Süleymanov İqor Mitreskini cəzalandırıb. Fanat.az xəbər verir ki, bu barədə çalışdırıcı özü məlumat verib.
Süleymanov bildirib ki, makedoniyalı futbolçu ötən tur buoaxdığı səhvlərin qurbanı olub: "Mitreski “Qarabağ”la oyunda buraxdığı səhvlərə görə bu gün əsas heyətdə yox idi".
Qeyd edək ki, "Qarabağ"la oyunda (1:3) meydana start heyətində çıxan İqor Mitreski 80-ci dəqiqədə Melvin Platye tərəfindən əvəzlənmişdi. Bu gün "Qəbələ" ilə baş tutan oyunda isə Süleymanov onu 90 dəqiqə ehtiyatda oturdub.
Fanat.az