"Neftçi" ilk transferini etdi - RƏSMİ

"Neftçi" ilk transferini etdi - RƏSMİ
Mövsümün ikinci yarısına hazırlığı Türkiyənin Antalya şəhərində davam etdirən “Neftçi” heyətinə yeni futbolçu cəlb edib. Fanat.az xəbər verir ki, "ağ-qaralar" Rusiyanın “Lokomotiv” klubunun yetirməsi olan Samir Məsimovla 3.5+1.5 şərti ilə 5 illik müqavilə imzalayıb. 
2010/11 mövsümünü Moskva “Spartak”ının heyətində keçirmiş hücumçu 19 yaşadək Azərbaycan yığmasının da üzvüdü. 18 yaşlı futbolçu U-19-un heyətində 3 oyun keçirib. O, cari mövsümün ilk yarısında "Lokomotiv"in gənclərdən ibarət komandasında çıxış edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər