"Neftçi" ilə matçda azarkeşlərimizə qələbə sevinci yaşatmaq istəyirik" - "Turan Tovuz"un futbolçusu

"Neftçi" ilə matçda azarkeşlərimizə qələbə sevinci yaşatmaq istəyirik" - "Turan Tovuz"un futbolçusu

Misli Premyer Liqasının 13-cü turunda "Turan Tovuz" "Neftçi"ni qəbul edəcək. Qərb təmsilçisinin müdafiəçisi Faiq Hacıyev gərgin və maraqlı alınacağı şübhə doğurmayan oyun ərəfəsində fikirlərini Fanat.Az-a açıqlayıb:

"Bizi həqiqətən çox gərgin oyun gözləyir. Azarkeşlərin maraqlı mübarizə  izləyəcəklərini düşünürəm. Öz meydanımızda, bizi hər zaman dəstəkləyən azarkeşlərimiz önündə oynayacağıq. Məqsədimiz bu oyunda 3 xal əldə etməkdir. "Neftçi" ilə oyunda azarkeşlərimizə qələbə sevinci yaşatmaq istəyirik".

Qeyd edək ki, "Turan Tovuz" - "Neftçi" qarşılaşması noyabrın 28-də keçiriləcək. Matçın start fiti 18:30-da səsləndiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər