Premyer Liqanın XXII turunun "Neftçi" - "İnter" oyunu canlı yayımlanmayacaq. Fanat.az xəbər verir ki, bu barədə "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə "Facebook" səhifəsində məlumat veri:
"Dəyərli jurnalist dostlar. Bizə verilən məlumata görə Topaz Premyer Liqasının XX turu çərçivəsində fervalın 19-da keçiriləcək "Neftçi" - "İnter" oyunu birbaşa yayımlanmayacaq. Həmin turun mərkəzi oyunları məhz "Neftçi" - "İnter" və "Xəzər-Lənkəran" - "Bakı" qarşılaşmalarıdı. Biz "Neftçi"nin ev oyununun yayımlanmamasına qəti şəkildə etiraz edirik. Ümid edirik ki, bizə verilən məlumat yalnış olacaq və "Neftçi" - "İnter" qarşılaşmasını televiziya ekranlarından birbaşa izləmək istəyənlərin arzusu gözündə qalmayacaq".
Fanat.az