"Neftçi" Çempionlar Liqasında mübarizəyə başlayır

"Neftçi" Çempionlar Liqasında mübarizəyə başlayır

"Neftçi"nin qadınlardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.

Fanat.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv turnirin 1-ci mərhələsində Avstriyanın “Sankt-Pölten” klubu ilə üz-üzə gələcək.

Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, 2-ci qrupda “Vlajniya” ( Albaniya) və “Lançxuti” (Gürcüstan) komandaları də yer alıblar. Reqlamentə əsasən, cütlərin qalibləri və məğlubları bir-biri ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası 1-ci təsnifat mərhələsi 2-ci qrup 4 sentyabr

18.00. Sankt-Pelten (Avstriya) - Neftçi (AZƏRBAYCAN) Hakimlər: Yelena Kumer, Sanya Rojak-Karşiç (hər ikisi Xorvatiya), Françeska Di Monte, Mariya Marotta (hər ikisi İtaliya). Gürcüstan. Tsxaltubo İdman Mərkəzi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər