"Neftçi" daha bir milli üzvünün keçidini tamamlamaq üzrədir - DETALLAR

"Neftçi" daha bir milli üzvünün keçidini tamamlamaq üzrədir - DETALLAR

"Neftçi" heyətini daha bir səviyyəli legionerlə gücləndirməyə yaxındır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bir müddət öncə "ağ-qaralar"la müqavilə bağlayacağı gözlənilən və bu məqsədlə Bakıya gələn dayaq yarımmüdafiəçisi İdrissa Dumbia ilə aparılan danışıqlar müsbət məcrada davam edir.

"Neftçi" daha bir milli üzvünün keçidini tamamlamaq üzrədir - DETALLAR

Onun transferinin indiyədək niyə rəsmiləşməməsinə gəlincə, Bakı klubu ilə Fil Dişi Sahilindən olan 27 yaşlı futbolçunun ortaq məxrəcə gələ bilmədikləri məqam var. Belə ki, Dumbia müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qol çəkmək istəyir. "Neftçi" rəhbərliyi isə növbəti mövsümə daha güclü heyətlə başlamağı vacib sayır və ödənişli legionerin Azərbaycan komandasında forma yığaraq yayı gözləməsinə şərait yaratmaq niyyətində deyil. Paytaxt klubu 2026/27 mövsümünü də nəzərə alaraq İdrissaya 1+1 illik anlaşma təklif edib. Yəni flaqman afrikalı oyunçunun növbəti "futbol ili" üçün komandada qalıb-qalmayacağı ilə bağlı qərar sahibi olmağı vacib sayır.

Qeyd edək ki,  Qətər "Əl-Əhli"si olan Dumbia Fil Dişi Sahili millisində 4 oyuna çıxıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər