"Neftçi" baş məşqçisinin adını rəsmən açıqladı - Hacıyev qayıtdı

"Neftçi" baş məşqçisinin adını rəsmən açıqladı - Hacıyev qayıtdı
Bu gün "Neftçi"də klubdaxili iclas keçirilib. Fanat.az xəbər verir ki, klub prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə keçirilmiş toplantıda aparılan müzakirələrdən sonra məşqçilər korpusunun tərkibi müəyyənləşdirilib.
Gözlənildiyi kimi Böyükağa Hacıyev yenidən baş məşqçi postuna qaytarılıb. Azərbaycan yığmasının sabiq üzvü, "Neftçi"nin əvəzedici komandasında işləyən Samir Əliyev baş məşqçinin köməkçisi təyin edilib. Fiziki hazırlıq üzrə məşqçi Ruben Selyes (İspaniya) və qapıçılar üzrə məşqçi Neboyşa Manoyloviç (Serbiya) da komandada saxlanılıb. Geri qaytarılan Bəxtiyar Musayev yenidən seleksiyaçı məşqçi təyin edilib.
Kamal Quliyev də kluba qaytarılıb. O, Samir Əliyevin əsas komandaya keçidindən sonra əvəzedici heyətdə boş qalan məşqçi postunu tutub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər