"Neftçi"nin Türkiyə toplanışı zamanı qarşılaşacağı daha bir potensil rəqibinin kimliyinə aydınlıq gəlib. Fanat.az xəbər verir ki, Azərbaycan çempionu Avstriyanın "Admira Vakker" klubu ilə qarşılaşa bilər.
Azərbaycan klubu həmçinin Odessa "Çernomorets"i, Almaniya "Karlsrue"si və Türkiyə "Karabükspor"u ilə də danışıqlar aparır.
Qeyd edək ki, "Neftçi"nin artıq yanvarın 15-də Albaniyanın "Partizani", 4 gün sonra Qazaxıstanın "Aktobe" klubları ilə qarşılaşacaq. Nazim Süleymanovun yetirmələri Türkiyədə bütövlükdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır.
Fanat.az