"Neftçi"nin qış təlim-məşq toplanışı zamanı yoxlama oyunu keçirəcəyi daha bir rəqib müəyyənləşib. Fanat.az xəbər verir ki, "ağ-qaralar" Qazaxıstanın "Aktobe" klubu ilə qarşılaşacaq.
Oyun yanvarın 19-da baş tutacaq. Son Qazaxıstan çempionu ilə görüş Türkiyənin Antalya şəhərindəki toplanış çərçivəsində keçiriləcək.
Qeyd edək ki, "Aktobe" 5 qat ölkə çempionu, Qazaxıstan çempionatının və kubokunun qalibidi. Nazim Süleymanovun yetirmələri yanvarın 15-də Albaniyanın "Partizani" klubu ilə oyunda sınayacaq.
Fanat.az