"Nə futbolçuların müqavilələri ilə bağlı məsələyə aydınlıq gəlib, nə də..." - "Zaqatala"nın baş məşqçisi

"Nə futbolçuların müqavilələri ilə bağlı məsələyə aydınlıq gəlib, nə də..." - "Zaqatala"nın baş məşqçisi

1-ci Liqa təmsilçisi "Zaqatala"da qeyri-müəyyənlik davam edir. Kluba yeni sponsor tapıldığı ilə bağlı mətbuata informasiyalar sızsa da, hələ bu yöndə heç nə dəqiqləşməyib.

Bu barədə Fanat.Az-a sözügedən komandanın baş məşqçisi Rüstəm Məmmədov məlumat verib:

"Hazırda qeyri-müəyyənlikdir, nəyin necə olacağı bilinmir. "Zaqatala"nı heç bir sponsor himayəsinə götürməyib. Klubun prezidenti Şaban Şirdanov deyir ki, danışıqlar aparılır. Ancaq dəqiqləşən nəsə yoxdur. Düzdür, məşq edirik, amma nə futbolçuların müqavilələri ilə bağlı məsələyə aydınlıq gəlib, nə də komandanın hədəfləri məlumdur. Futbolçulardan gedənlər də var, qalanlar da... Belə desəm, gözləmə mövqeyindəyik. Heç yoxlama oyunu da keçirməmişik. Əlbəttə, hədəf büdcəyə və heyətə uyğun olaraq müəyyənləşdirilir. Bizim də danışdığımız oyunçular var. Təbii ki, futbolçu hər şeydən öncə hansı hədəf uğrunda mübarizə aparan komandada hansı maaş qarşılığında oynayacağını bilməlidir".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər