"Mövsümün "Liverpul" üçün inanılmaz alınmaq ehtimalı çoxdur"

"Mövsümün "Liverpul" üçün inanılmaz alınmaq ehtimalı çoxdur"

"Liverpul"un mərkəz müdafiəçisi və kapitanı Vircil van Deyk İngiltərə Kubokunda, İngiltərə Liqa Kubokunda və Çempionlar Liqasında mübarizəni dayandırmalarına rəğmən, yaxşı mövsüm keçirdiklərini bildirib.

Fanat.Az xəbər verir ki, niderlandlı futbolçunun sözlərini "Daily Star" belə çatdırıb:

"Məncə, indi bizim üçün hər şey çox yaxşı görünür. Mövsümün əvvəlində heç kim 4 mükafat uğrunda mübarizə aparacağımızı gözləmirdi. Hazırda çempionluq uğrunda mücadilə edirik. Reallıq belədir. Bu mövsümün "Liverpul" üçün inanılmaz alınmaq ehtimalı çoxdur".

Xatırladaq ki, 30 tura 73 xal toplayan "Liverpul" İngiltərə Premyer Liqasının turnir cədəvlinə başçılıq edir. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər