"Çelsi"nin 2023-cü ilin yayında 20,8 milyona "Milan"a satdığı amerikalı vinger Kristian Pulişiç cari mövsümün sonunda yenidən İngiltərəyə qayıda bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "GiveMeSport" yayıb.
Məlumata görə, 27 yaşlı cinah hücumçusunu "Tottenhem" istəyir. Mənbə İtaliya nəhənginin sözügedən futbolçunu təxminən 55 milyon avro qarşılığında satmağa hazır olduğunu vurğulayıb.
Pulişiçin "Milan" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.Bu mövsüm bütün turnirlərdə 20 matça çıxan Kristian 10 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Nihat