"Milan"ın idman direktoru İqli Tare komandanı tərk edəcəyi deyilən fransalı qapıçı Mik Menyanla bağlı vəziyyətin nə yerdə olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "La Gazetta dello Sport" belə çatdırıb:
"Menyan əla mövsüm keçirir. Bir-birimizə təzyiq etmədən işimizi görürük. Danışıqlar sakit məcrada keçir. Heç bir problem yoxdur. Hazırda diqqətimiz oyunlardadır. Gerisini zaman göstərəcək".
Daha öncə yayılan məlumatlara görə, "Milan" Menyana illik 5 milyon avro əməkhaqqı ödəməyə hazır olsa da, qolkiper daha yüksək maaş istəyir. Sözügedən "çərçivə" qoruyucusunun xidmətində "Bayern Münhen"in və bir neçə İngiltərə klubunun maraqlı olduğu bildirilir.
Nihat