"Milan" Leaunu bu qiymətə satır

"Milan" Leaunu bu qiymətə satır

"Milan"ın "Bayern Münhen"in transfer siyahısında olan 25 yaşlı vingeri Rafael Leaunu hansı qiymətə satmaq istədiyi açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Kicker" yayıb.

Məlumata görə, "qırmızı qaralar" portuqaliyalı futbolçunun satışından 130 milyon avro qazanmaq niyyətindədirlər. Mənbə İtaliya nəhənginin nümayəndələrinin ötən həftə futbolçunun agentləri ilə görüşdüklərini və onun "Bayern"ə keçmək variantına isti yanaşdığını vurğulayıb.

Qeyd edək ki, geridə qalan mövsümdə bütün turnirlərdə 50 matça çıxan Leau 12 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər