"Milan" Co Qomez üçün hərəkətə keçdi

"Milan" Co Qomez üçün hərəkətə keçdi

İtaliya A Seriyasının iddialı klublarından olan "Milan" müdafiə mərkəzini Premyer Liqa ulduzu ilə möhkəmləndirmək niyyətindədir.

Fanat.Az xəbər verir ki, "rossonerilər" "Liverpul"un futbolçusu Co Qomezi transfer etmək üçün çalışmalarını sürətləndirib.

İtaliya təmsilçisinin uzun müddətdir izlədiyi 28 yaşlı müdafiəçi üçün cəlbedici təklif hazırladığı və "Liverpul"u razı salmağa çalışacağı qeyd olunur.

Müdafiənin həm mərkəzində, həm də cinahlarında çıxış edə bilən futbolçunun İtaliyaya köçməsi günün əsas müzakirə mövzularından birinə çevrilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər