"Möhtəşəm oynadıq" -Valdas Dambrauskas

"Möhtəşəm oynadıq" -Valdas Dambrauskas

Misli Premyer Liqasının 15-ci turunda səfərdə "Turan Tovuz"u 3:1 hesabı ilə məğlub edən "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas oyundan sonra keçirilən mətbuat konfransında fikurlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, litvalı mütəxəssis belə danışıb: 

"Oyunçularımı təbrik edirəm. Möhtəşəm oyun sərgilədik. 80-ci dəqiqəyə qədər 3:0 hesabı ilə öndə olmaq əla idi. Rəqibin müdafiə xəttini yarmaq asan deyildi. 

Çempionluq arzusu? Bizim bir arzumuz var. O da hər irəlidəki matça hazırlaşmaqdır. Qarşıda ölkənin ən güclü komandasına, Avropada sözünü deyən "Qarabağ"la oyunumuz var. Bərpa olunmalı, həmin görüşə hazırlaşmalıyıq.

Azarkeşlər əla ab-hava yaratsalar da, meydanın vəziyyəti yaxşı deyildi. Mən burada qonağam, azərbaycanlı deyiləm. Azərbaycanda futbolun inkişafı üçün meydanlar yaxşı səviyyədə olmalıdır".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər