"Meza Kolli və Qoroziyanı çox gözləyə bilmərik"- Ayxan Abbasov

"Meza Kolli və Qoroziyanı çox gözləyə bilmərik"- Ayxan Abbasov

Ölkəmizi Avroliqada təmsil edəcək “Zirə” iki futbolçusunu - Derlis Meza Kolli və Georgi Qoroziyanı yola gətirə bilmir. Fanat.Az-a verilən məlumata görə paraqvaylı Meza Kolli və gürcü Qoroziya “qartallar”ın yeni müqavilə təklifinə müsbət cavab vermir.

Qəsəbə təmsilçisindən vaxt istəyən yarımmüdafiəçilərin günü günə satması baş məşqçi Ayxan Abbasovun da planlarını pozub. Abbasov artıq sözügedən oyunçuları gözləməkdənsə, yeni variantlar üzərində çalışır. Hazırda 2 legionerlə danışıq aparan zirəlilər Türkiyə toplanışı başlayana qədər açıq qalan məsələni nöqtələmək niyyətindədi.

Çalışdırıcının saytımıza verdiyi açıqlama belə oldu: "Bəli, həm Meza Kolli, həm də Qoroziya bizdən vaxt istəmişdi. Ancaq onları çox gözləyə bilmərik. Çünki Avroliqaya mümkün qədər yaxşı hazırlaşmalı, hansı heyətlə çıxış edəcəyimizi müəyyənləşdirməliyik. Türkiyə toplanışı başlayana qədər gəlməsələr, onların yerinə başqa futbolçular transfer ediləcək. Danışıq apardığımız oyunçular var".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər