"Mənə xoş olmayan sözlər deyən azarkeşləri anlayıram" - Roman Qriqorçuk

"Mənə xoş olmayan sözlər deyən azarkeşləri anlayıram" - Roman Qriqorçuk

Misli Premyer Liqasının 9-cu turunda "Kəpəz"ə 3:4 hesabı ilə məğlub olan "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk Tovuzda baş tutan oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, cari mövsüm qələbə qazana bilməyən "ağ-qaralar"ın ukraynalı çalışdırıcısı belə danışıb:

- Məğlubiyyətin əsas səbəbi nə idi? - Bu oyunu sizə dəqiq təhlil edə bilmirəm. Bu matçdan sonra sizə öz durumum haqda nə deyə bilərəm? Sanki yuxudayam.  - Yəqin ki, heç bir məşqçi sizin yerinuzdə olmaq istəməz. Bundan sonra nə gözləyirsiz? - Heç bir dəqiqəmi də buna həsr etmək istəmirəm. Azarkeşlərimiz mənə yaxşı olmayan sözlər deyirdi. Onların dediklərini qəbul edirəm. Onlara bu qədər səbrli olduqları üçün təşəkkür edirəm. Başqa sözlə, onları anlayıram.

- Qriqorçuk "Neftçi"yə gələndən nəyi dəyişə bilib?

- "Neftçi"dəki işimə görə pərişan deyiləm. Ətraflı cavabı ertələyək.

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər