"Liverpul"un sabiq yarımmüdafiəçisi karyerasını bitirəcəyini bəyan etdi

"Liverpul"un sabiq yarımmüdafiəçisi karyerasını bitirəcəyini bəyan etdi

"Liverpul"un sabiq yarımmüdafiəçisi, hazırda Çempionşip təmsilçisi "Suonsi"nin formasını geyinən Co Allen cari mövsümün sonunda karyerasını bitirəcəyini bəyan edib.

Fanat.Az-ın məlumatına görə, 35 yaşlı futbolçunun sözlərini "qular"ın rəsmi saytı belə çatdırıb:

"Bu, çox çətin qərardır. Qərarı verməmişdən öncə uzun müddət düşündüm. Artıq 35 yaşım var. Zədələr zamanı yenidən forma yığmaq üçün nələrdən keçdiyimi yaxşı bilirəm. Düşünürəm ki, karyeramı bitirmək, başladığım yerdə - "Suonsi"də yaşıl meydanlarla vidalaşmaq üçün uyğun zaman yetişib. Futbol həyatımla qürur duyuram". 

Qeyd edək ki, Uels millisinin də üzvü olan yığma forması ilə 77 matça çıxaraq 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, klub səviyyəsində ümumilikdə 585 görüşdə iştirak edərək 39 qol və 36 assistlə diqqət mərkəzinə düşüb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər