"Liverpul"un "Çelsi"dən transfer etdiyi 17 yaşlı istedad Rio Nqumoha üçün ödəniləcək təzminat məbləği rəsmən bəlli olub.
Fanat.Az xəbər verir ki, Peşəkar Futbol Kompensasiya Komitəsinin (PFCC) qərarına əsasən, "Liverpul" bu keçid üçün London klubuna ilkin olaraq 2,8 milyon funt-sterlinq ödəyəcək.
Məşhur insayder David Ornşteinin yaydığı məlumata görə, futbolçunun əsas heyətdəki çıxışları və milli komandadakı uğurlardan asılı olaraq, bu rəqəm bonuslarla birlikdə 6,8 milyon funt-sterlinqə qədər yüksələ bilər.
Müqaviləyə əsasən, "Çelsi" gənc vingerin növbəti satışından əldə olunacaq mənfəətin 20 faizinə də sahib çıxacaq. Artıq "Liverpul"un əsas heyətində debüt edən Nqumoha, "Nyukasl"a vurduğu qolla klub tarixinin ən gənc qolçusu ünvanını ələ keçirib.