"Liverpul"un azarkeşi Florian Tyurler Ginnesin Rekordlar Kitabına düşüb.
Fanat.Az "20 Minuten" nəşrinə istinadən xəbər verir ki, sözügedən fanat buna Mersisayd təmsilçisinin formalarını yığmaqla nail olub.
Florian 60 illik yubileyini qeyd etmək üçün futbol meydanında komandanın 1047 formasını yerləşdirib. İdman geyimləri bir cərimə meydançasından digərinə qədər olan ərazini tutub. Onun kolleksiyasında ötən əsrin 50-ci illərin formaları da var.
Qeyd edək ki, Tyurler özü də futbolçu olub. O, İsveçrə təmsilçisi "Yanq Boyz"un keçmiş hücumçusudur.
Kamil Xudiyev