"Qarabağ"la birlikdə Çempionlar Liqası səhnəsindən Polşanın "təvazökar" klubuna üz tutan Mateuş Koxalskinin karyera seçimi ölkəsində səngimək bilməyən narazılıq dalğası yaradıb. Fanat.Az xəbər verir ki, Polşa millisinin və "Liverpul"un sabiq qapıçısı Yersi Dudek "Polsat Sport"a verdiyi müsahibədə gənc qolkiperin bu addımını və üstəlik milli komandaya dəvət olunmasını sərt şəkildə tənqid edib. "Avropanın ən yaxşı klublarından birinə keçmək üçün mübarizə aparmalı olan futbolçu rahat yolu seçdi. Ekstraklasanın autsayderlərindən birinə transfer oldu və bunun müqabilində Polşa millisinə dəvət aldı. Bu, absurd və ədalətsizdir." Əfsanəvi qapıçının səsləndirdiyi bu sərt tənqidlər Koxalskinin üzərinə düşən təzyiqləri qat-qat artıracaq gücdədir. Kamil Xudiyev
"Liverpul"un əfsanəvi siması "Qarabağ"ın sabiq qapıçısını tənqid etdi
TREND
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Azərbaycan futbolu
18:56
04.10.2026
Millətlər Liqası: Azərbaycan Litvanı məğlub etdi
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Oxşar xəbərlər
Azərbaycan futbolu
16:48
11.10.2026
MPL: "Qarabağ" "İmişli"yə qarşı - YENİLƏNİR
Azərbaycan futbolu
15:36
11.10.2026
“Kəpəz”də yeni nəfəs: səfər qələbəsi, Benitonun dönüşü və gənclərə etimad
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
10:07
11.10.2026
MPL: "İmişli" "Qarabağ"ı, "Şəfa" "Turan Tovuz"u qəbul edir