"Liverpul"un baş məşqçisi ardıcıl 4-cü məğlubiyyətdən sonra belə danışdı

"Liverpul"un baş məşqçisi ardıcıl 4-cü məğlubiyyətdən sonra belə danışdı

İngiltərə Premyer Liqasının (İPL) 8-ci turunda öz meydanında "Mançester Yunayted"ə uduzan "Liverpul"un baş məşqçisi Arne Slot ardıcıl 4 məğlubiyyətdən sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssisin sözlərini "qırmızılar"ın rəsmi saytı belə çatdırıb:

"Məşqçi həmişə yeni çağırışlarla üz-üzə qalır. İşə yeni başlayırsansa, birinci çağırış möhkəmlənmək qələbələrə start verməkdir. Bu məsələni qaydaya salandan sonra daha artığını etməli olursan. İnsanların beyinlərində sual yaranır: "Görək indi uğurun ardını gətirə biləcəkmi?" Daha sonra Yürgen Klopun xələfi imicini doğrultmağını istəyir və deyirlər: "Bax bu, ən ciddi çağırışdır". İndi isə biz ardıcıl 4 oyundur ki, uduzuruq və bu, yeni çağırışdır. Futbol məşqçisinin həyatı belədir, həmişə sınaqlardan çıxmalısan. Qalib gələndə qələbələrin ardını gətirmək, uduzanda isə yenidən qələbə qazanmağa başlamaq istəyirsən".

Xatırladaq ki, "Liverpul" İPL-də "Kristal Pelas" (1:2), "Çelsi" (1:2) və "Mançester Yunayted"ə (1:2), UEFA Çempionlar Liqasında isə "Qalatasaray"a (0:1) uduzub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər