"Liverpul"dan müdafiəyə sürpriz həmlə

"Liverpul"dan müdafiəyə sürpriz həmlə

Müdafiə xəttini gücləndirməyi planlaşdıran "Liverpul" sürpriz bir hədəfə yönəlib.

Fanat.Az xəbər verir ki, Mersisayd təmsilçisi PSJ-nin ukraynalı mərkəz müdafiəçisi İllia Zabarnını transfer siyahısının ilk sırasına salıb.

İngiltərə klubunun rəhbərliyi "Börnmut"dakı çıxışından bəri yaxşı tanıdıqları gənc stoper üçün artıq hərəkətə keçib.

Fransa nəhəngi satışa yaşıl işıq yandıracağı təqdirdə "Liverpul" dərhal rəsmi danışıqlara başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər