İngiltərə Premyer Liqasının (İPL) 19-cu turunda öz meydanında "Lids Yunayted"lə 0:0 hesablı bərabərliyə razılaşan "Liverpul" niderlandlı baş məşqçi Arne Slotun rəhbərliyi altında ilk dəfə çempionatda "quru" heç-heçə edib.
Fanat.Az xəbər verir ki, "qırmızılar" son dəfə İPL-də 2023-cü ilin dekabrında "Mançester Yunayted"lə qolsuz heç-heçə etmişdilər.
19 oyuna 21 xal toplayan "Lids" turnir cədvəlinin 16-cı pilləsində mövqe tutubsa, 33 xala malik "Liverpul" 4-cü yerdədir. Lider "Arsenal"ın isə 45 xalı var.
Nihat