"Liverpul" Salahın yerinə 3 futbolçudan birini gətirəcək - ADLAR

"Liverpul" Salahın yerinə 3 futbolçudan birini gətirəcək - ADLAR

"Liverpul" cari mövsümün sonunda komandanı tərk edəcəyini açıqlayan cinah hücumçusu Məhəmməd Salahın yerinə 3 futbolçunu nəzərdən keçirir.

Fanat.Az xəbər verir ki, informasiyanı "TEAMtalk" yayıb.

Məlumata görə, bunlar Yan Diomand ("Leyptsiq"), Entoni Qordon ("Nyukasl") və Maykl Olisedir ("Bayern Münhen"). Mənbə Mersisayd təmsilçisinin əsas hədəfinin 140 milyon avroluq Olise olduğunu vurğulayıb.

İngiltərə nəhənginin rəhbərliyinin "Bayern"i sağ cinah hücumçusunu satmağa razı salmaq üçün bütün gücünü səfərbər edəcəyi bildirilib.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər