"Liverpul" Salahın növbəti mövsümə harada başlayacağını rəsmən açıqladı

"Liverpul" Salahın növbəti mövsümə harada başlayacağını rəsmən açıqladı

İngiltərənin "Liverpul" klubu misirli hücumçusu Məhəmməd Salahla bağlı atdığı addımı açıqlayıb.

Fanat.Az xəbər verir ki, İngiltərə nəhəngi ulduz forvardın fotosunu rəsmi "X" hesabında paylaşıb.

Fotoya şərh də əlavə edilib: "O, qalır".

Xatırladaq ki, Salah 2017-ci ilin yayından "Liverpul"dadır. Sözügedən oyunçu "qırmızılar"ın heyətində İngiltərə Premyer Liqasının, Çempionlar Liqasının və klublararası dünya çempionatının qalibi olub. 

Cari mövsüm bütün turnirlərdə 43 matça çıxan Mo 32 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 55 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər