"Liverpul" "Bayer"i yola gətirdi - Virts bu qiymətə transfer olunacaq

"Liverpul" "Bayer"i yola gətirdi - Virts bu qiymətə transfer olunacaq

Almaniya millisinin yarımmüdafiəçisi Florian Virtsi transfer etmək istəyən "Liverpul" nəhayət ki, "Bayer Leverkuzen"lə razılığa gələ bilib.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Ben Ceykobs yayıb.

Məlumata görə, İngiltərə nəhəngi bu keçid üçün "əczaçılar"a 117 milyon avro ödəyəcək. Bundan başqa, Bundesliqa təmsilçisi Vitrsin satışından müxtəlif bonuslar şəklində daha 18,7 milyon avro gəlir əldə edə biləcək.

Qeyd edək ki, geridə qalan mövsümdə Bundesliqada 31 matça çıxan 22 yaşlı Virts 10 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Çempionlar Liqasındakı statistikası ilə belədir: 9 oyun, 6 qol və 1 məhsuldar ötürmə.

Nihat   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər