"Liverpul" müdafiə xətti üçün "Selta Viqo"nun oyunçusuna elçi düşüb

"Liverpul" müdafiə xətti üçün "Selta Viqo"nun oyunçusuna elçi düşüb

İngiltərənin "Liverpul" klubu müdafiə xəttini gücləndirmək məqsədilə "Selta Viqo"nun üzvü Oskar Minguezanı izləməyə başlayıb.

Fanat.Az xəbər verir ki, "Barselona"nın keçmiş futbolçusu La Liqadakı soyuqqanlı oyunu və müxtəlif mövqelərdə çıxış etmək bacarığı ilə "mersisaydlılar"ın diqqətini çəkib.

İngiltərə mətbuatının yaydığı məlumata görə, 26 yaşlı ispaniyalı karyerasını İngiltərədə davam etdirməyə müsbət yanaşır.

Hazırda "Enfild"in gənc müdafiəçi üçün növbəti dayanacaq olub-olmayacağı maraqla gözlənilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər