"Liverpul" gənc fransalı ilə müqavilə bağladığını açıqladı

"Liverpul" gənc fransalı ilə müqavilə bağladığını açıqladı

"Liverpul" Fransanın "Sent-Etyen" klubunun 18 yaşlı hücumçusu Cilian Nqessanın transfer edib.

Fanat.Az xəbər verir ki, məlumatı "qırmızılar"ın mətbuat xidməti yayıb.

Yay "transfer pəncərəsi" sentyabrın 1-də başa çatsa da, futbolçunun keçidi rəsmiləşdirilib. Nqessa icarə əsasında Fransanın "Brest" klubunda çıxış edəcək.

Bu keçid "Liverpul"a təxminən 5 milyon avroya başa gəlib. Müqaviləyə gənc futbolçunun gələcək satışından "Sent-Etyen"ə faiz ödənilməsi ilə bağlı bənd salınıb.

Fransanın aşağı yaş qrupları üzrə millilərində oynayan Cilian "Sent-Etyen"in heyətində Fransa Liqa 1-də 13 matça çıxıb.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər