"Liverpul" derbidə tarixi rekorda imza atdı

"Liverpul" derbidə tarixi rekorda imza atdı

İngiltərə Premyer Liqasının (İPL) 33-cü turunda "Everton"u səfərdə 2:1 hesabı ilə məğlub edən "Liverpul" tarixi rekorda imza atıb.

Fanat.Az "Squawka"ya istinadən xəbər verir ki, Mersisayd derbisində azarkeşlərini sevindirən "qırmızılar" İPL çərçivəsində 60 fərqli stadionda qələbə qazanmağı bacaran ilk komanda olub.

Kapitan Vircil van Deykin 90+10-cu dəqiqədə fərqlənərək "Hill Dikinson" stadionuna toplaşan yerli fanatları üzməsi rekordun reallaşması ilə nəticələnib.

Bu qələbə sayəsində xallarının sayını 55-ə çatdıran "Liverpul" hazırda İPL-in turnir cədvəlində 5-ci sırada mövqe tutub. 47 xala malik "Everton" isə 10-cu pillədədir.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər