"Liverpul" 60 il idi ki, bu vəziyyətə düşmürdü

"Liverpul" 60 il idi ki, bu vəziyyətə düşmürdü

İngiltərə Premyer Liqasının (İPL) 12-ci turunda "Nottingem Forest"ə 0:3 hesabı ilə uduzan "Liverpul" son 60 ilin ən pis nəticəsinə imza atıb.

Fanat.Az xəbər verir ki, məlumatı "Opta Sport" statistika portalı yayıb.

"Qırmızılar" 1965-ci ildən bəri ilk dəfə İngiltərə çempionatında ardıcıl iki matçda 3 və daha artıq qol buraxaraq məğlub olublar. Həmin vaxt mersisaydlıları Bill Şenkli çalışdırırdı.

Qeyd edək ki, hazırda 18 xalı olan "Liverpul" İPL-in turnir cədvəlində 11-ci pillədə mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər